Bir-birini təhqir edən sənətçilər BARIŞDI

02.04.2024
-
16:06
|
|
Aşıq Mübariz və Pünhan Piriyev efirdə qucaqlaşıb söz-söhbətə son qoydular.
Referans.az xəbər verir ki, daha öncə böyük qalmaqalla araları dəyən Aşıq Mübariz və Pünhan Piriyev ATV də yayımlanan "7 Tamam" verilişində bir araya gələrək aralarındakı söz-söhbətə son qoydular.
Qeyd etmek lazımdır ki, Pühan Piriyev Aşıq Mübarizi polisə şikayət edərək "Mənim həyatım təhlükə altındadır. Xahiş edirəm mənim Azərbaycan vətəndaşı kimi və bir musiqiçi kimi təhlukəsizliyimin təmin olunması üçün göstəriş verəsiniz."
İkilini bir araya gəlməsində təşəbbüs göstərən isə Manaf Ağayevdir. Pünhan Piriyev bu sözləri qeyd edib: "Mənim nə qardaşım var nə də atam. Mənim göydə bir dənə Allahım var. Manaf əmi də mənə bir qardaşlıq elədi, əmilik elədi bir ağsaqqlıq elədi. Bizi gətirdi bir araya. Mən yenə də yaşım az olsa da səhvimi boynuma alıram ki gərək eləməzdim."
Daha ətralı video-süjeti təqdim edirik: